Bank Of Baku

Bu il Səngəçal terminalının ən yüksək gündəlik ixrac göstəricisi sentyabrın 23-də qeydə alınıb

Bu il Səngəçal terminalının ən yüksək gündəlik ixrac göstəricisi sentyabrın 23-də qeydə alınıb
# 23 noyabr 2009 07:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Səngəçal terminalından gündə orta hesabla 941,4 min bareldən artıq neft («Azəri-Çıraq-Günəşli», «Şahdəniz» və «Tengiz» nefti ümumilikdə) və 17,5 mln. kubmetrdən artıq «Şahdəniz» qazı ixrac edilib.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, terminalın 2009-cu ildə ən yüksək gündəlik ixrac göstəricisi sentyabr ayının 23-də qeydə alınıb. Belə ki, həmin gün Səngəçal terminalında 1 112 470 barel həcmində neft texniki emaldan keçirilərək ixrac edilib. Bunun 946 297 bareli Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə, 89 967 bareli Qərb İxrac Boru Kəməri ilə ötürülüb, qalan 76 138 barel isə dəmir yolu ilə ixrac edilib.

Qeyd edək ki, neft Səngəçal terminalından dünya bazarlarına əsasən BTC, «Şahdəniz» qazı isə Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilir. Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) da hazırda istismardadır və 2009-cu ilin üç rübü ərzində Qara dəniz sahilindəki Supsa terminalına gündə 85 min bareldən artıq neft nəql edilib.

Xatırladaq ki, Səngəçal terminalının texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1,2 mln. barel neft və «Şahdəniz» qazı üçün 25,5 mln. kubmetr qaz (ümumi qaz emalı gücü 39,5 mln. kubmetr olmaqla) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR