Bank Of Baku

Bakıda Enerji Tənzimləyiciləri Regional Assosiasiyasının sədrlər toplantısı keçiriləcək

Bakıda Enerji Tənzimləyiciləri Regional Assosiasiyasının sədrlər toplantısı keçiriləcək
# 19 sentyabr 2011 06:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 22-23-də Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Sədrlər Toplantısı və Qiymətəmələgəlmə və Tariflər üzrə Komitəsinin illik iclası keçiriləcək.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Sədrlər Toplantısı və Komitə iclasında ERRA-nın Strateji Planlaşdırma işçi qrupunun hesabatı, enerji sahəsində tənzimləmə məsələləri və problemləri barədə məlumatlar dinləniləcək və müzakirələr aparılacaq.

Qeyd edək ki, Azərbaycan Tarif (qiymət) Şurasının da üzv olduğu ERRA Mərkəzi Avropa, Avrasiya və ABŞ-ın tənzimləyici qurumlarının birliyi kimi 2001-ci ildə yaradılıb. Hazırda Şərqi və Qərbi Avropa, Afrikadan 30-a yaxın ölkə ERRA-nın üzvüdür. Təşkilatın vəzifələri üzv ölkələrin tənzimləyici qurumlarının dəstəklənməsi, informasiya və təcrübə mübadiləsinin asanlaşdırılması, elmi tədqiqat və praktiki bilik səviyyəsinin artırılması, o cümlədən tədris-təhsil və texniki sahələrdə əməkdaşlığın təşviqidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR