Bank Of Baku

ARDNŞ-ın Ekoloji Parkının açılış mərasimi keçirilib

ARDNŞ-ın Ekoloji Parkının açılış mərasimi keçirilib
# 19 sentyabr 2011 07:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakının Qala qəsəbəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekoloji Parkının açılış mərasimi keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən ARDNŞ-ın Ekologiya İdarəsinin rəis müavini Vüqar Kərimov bildirib ki, 9,3 hektar ərazini əhatə edən parkın inşasına 2009-cu ildən başlanılıb.

Onun sözlərinə görə, parkın yaradılmasında əsas məqsəd cəmiyyətdə ekoloji münasibətlərin tənzimlənməsindən ibarətdir: “Son illər ərzində ARDNŞ yüz hektarlarla ərazidə ekoloji tədbirlər həyata keçirib. Bu işlər mütəmadi olaraq davam etdiriləcək”.

V.Kərimov qeyd edib ki, yeni parkda açıq şitilxana, toxum yetişdirilməsi üçün müvafiq yerlər, oranjereya (xüsusi qayğıya ehtiyacı olan şitilxana) salınıb, Ərazinin işıqlandırılması sistemi ekoloji cəhətdən təmiz olan alternativ və bərpa olunan enerji mənbələrinin hesabına təmin olunur: “Parkın elektrik enerjisinə olan tələbatının 50%-nə qədəri alternativ enerji hesabına ödənilir. Bunun 40 kilovatı külək generatorlarının, 20 kilovatı isə Günəş enerjisinin payına düşür. Park yalnız ekoloji layihələr üçün istifadəyə verilib”.

Qeyd edək ki, Ekoloji Parkın açılış mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev də iştirak edib, ərazidə görülmüş işlərlə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR