Bank Of Baku

Bolqarıstanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Bolqarıstanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək
# 19 sentyabr 2011 09:30 (UTC +04:00)
APA-nın məlumatına görə, səfər bolqar nazirin Xəzər-Qafqaz bölgəsi üzrə turnesi çərçivəsində təşkil olunur.Cənubi Qafqaz bölgəsində T.Traykov Gürcüstan və Azərbaycana səfər edəcək. Daha sonra, sentyabrın 23-də nazir Qazaxıstan və Özbəkistana yola düşəcək. Turne çərçivəsində keçiriləcək görüşlərdə enerji resurslarının Bolqarıstana idxalının diversifikasiyası məsələləri əsas müzakirə predmeti olacaq.

Qeyd edək ki, Azərbaycana səfəri zamanı T.Traykov Bakıda keçiriləcək ikitərəfli biznes-forumun açılışında iştirak edəcək, azərbaycanlı həmkarı, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşəcək. Həmçinin, qonağın Azərbaycan Dövlət Neft Şirkəti Rövnəq Abdullayev və sənaye və energetika naziri Natiq Əliyevlə görüşləri nəzərdə tutulub. Görüşlərdə Azərbaycanda hasil olunan təbii qazın Türkiyə vasitəsi ilə, həmçinin Qara dəniz üzərindən sıxılmış qazın Bolqarıstan, Cənub-Şərqi Avropa və Avropa İttifaqı ölkələrinə nəqli ilə bağlı məsələlər müzakirə olunacaq. Səfər zamanı T.Traykovun Səngəçal neft terminalını da ziyarət edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR