Bank Of Baku

Son 14 ildə Azərbaycanda neft hasilatı 6 dəfə artıb

Son 14 ildə Azərbaycanda neft hasilatı 6 dəfə artıb
# 19 sentyabr 2011 09:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın təsdiq olunmuş karbohidrogen ehtiyatları 4,2 mlrd. ton, proqnoz resursları isə 10 mlrd. ton şərti yanacaq həcmindədir. «APA-Economics»in Yeni Azərbaycan Partiyasının internet-saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın quru və dəniz əraziləri üzrə qazmaya hazırlanmış fondda 40-dan çox struktur mövcuddur. Xarici tərəfdaşlarla yeni imzalanan sazişlərdə ARDNŞ-in həm hüquqi, həm də iqtisadi statusu xeyli yüksəlib ki, Dövlət Neft Şirkəti indi artıq dünya enerji sektorunda özünə layiqli yer tutan çoxsahəli sənaye kompleksidir.

R.Abdullayev bəyan edib ki, Azərbaycanda neftin hasilatı sahəsində ilbəil rekord göstəricilər qazanılır, bu nailiyyətlərdə də şirkət mühüm rol oynayır. «Əsrin Müqaviləsi» çərçivəsində ilk neftin hasil olunduğu 1997-ci ildən sonrakı dövrdə ölkə üzrə neft hasilatı sürətli templərlə inkişaf edib, təxminən 5,6 dəfə artaraq, 9 mln. tondan 2010-cu ildə 50,7 mln. tona çatdırılıb. Ötən il hasil edilmiş neftin 8,4 mln. tonu Dövlət Neft Şirkətinin payına düşüb. Cari ilin yanvar-avqust aylarında isə ölkədə neft hasilatı 31,7 mln. ton təşkil edib ki, bunun da 5,6 mln. tonu ARDNŞ tərəfindən hasil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR