Bank Of Baku

Tərtər və Beyləqan rayonlarının kəndlərinə təbii qaz verilib

Tərtər və Beyləqan rayonlarının kəndlərinə təbii qaz verilib
# 19 sentyabr 2011 10:29 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu - APA. Tərtər rayonunun cəbhəyanı üç yaşayış məntəqəsinə təbii qazın verilməsi bərpa olunub.

Tərtər rayon Qaz İstismar İdarəsindən APA-nın Qarabağ bürosuna bildirilib ki, 1993-94-cü illərdə ərazidə müharibə getdiyindən, təmas xəttinə yaxın olan kəndlərdə qaz təsərrüfatı tamam sıradan çıxıb.

Son bir neçə il ərzində yeni qaz infrastrukturunun qurulmasından sonra rayon mərkəzi ilə yanaşı, 8 kənd qazlaşdırılıb. Daha üç kənd - Qazyan, Qaynaq, Qapanlı yaşayış məntəqələrinin bu gündən etibarən qazla fasiləsiz təchizatına başlanıb. Hazırda həmin üç kənddə 700-ə yaxın abonent təbii qazdan istifadə bilir.

Qarabağ bölgəsində qazlaşdırılan daha bir yaşayış məntəqəsi isə Beyləqan rayonunun Dünyamalılar kəndidir. Burada 1150 ailə təbii qazdan istifadə etməyə başlayıb. Qazla təchiz edilən bütün evlərdə mətbəxə qədər xətlərin çəkilişi dövlət vəsaiti hesabına aparılıb. Bu ilin sonuna qədər Beyləqan rayonunun Eyvazalılar, Borsunlu və Təzəkənd kəndlərinə təbii qaz veriləcək. Bununla da rayonun kənd tipli yaşayış məntəqələrində mavi yanacaqdan istifadə edən abonentlərin sayı 6 minə çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR