Bank Of Baku

Bakıda ARDNŞ-ın Gənc Mütəxəssislər Evinin açılışı olub

Bakıda ARDNŞ-ın Gənc Mütəxəssislər Evinin açılışı olub
# 19 sentyabr 2011 11:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Sosial İnkişaf İdarəsinin Gənc Mütəxəssislər Evinin açılışı olub.

«APA-Economics»in məlumatına görə, açılış mərasimində bildirilib ki, 14 mərtəbədən ibarət olan binanın ümumi yaşayış sahəsi 9 904 kv. metrdir. Bina kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulub. Belə ki, internat məktəbini bitirən kimsəsiz uşaqlar ARDNŞ-ın Təlim Tədris və Sertifikatlaşdırma Mərkəzində peşə təhsili alan vaxt və ya peşə təhsilini başa vurduqdan sonra ARDNŞ-da hər hansı bir işlə təmin olunduğu zaman bu mənzillərdən istifadə edəcəklər.

Kimsəsiz uşaqlar üçün nəzərdə tutulan 117 mənzilli binanın birinci mərtəbəsində 80 nəfərlik yeməkxana, bərbərxana, həmçinin zirzəmisində idmanla məşğul olmaq üçün trenajor zalı təşkil olunub.

Qeyd edək ki, binanın açılışında ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR