Bank Of Baku

Yunanıstanın DEPA şirkəti Türkiyənin “Botaş” şirkəti ilə aralarında yaranmış narazılıqla bağlı açıqlama yayıb

Yunanıstanın DEPA şirkəti Türkiyənin “Botaş” şirkəti ilə aralarında yaranmış narazılıqla bağlı açıqlama yayıb
# 19 sentyabr 2011 11:54 (UTC +04:00)
Yunanıstanın Azərbaycandakı səfirliyindən “APA-Economics”-ə verilən məlumata görə, söhbət yunan şirkətinin türk tərəfinə iddia olunan qaz borcundan gedir. DEPA açıqlamasında bəyan edir ki, hal-hazırda “Botaş”a heç bir borcu yoxdur. Açıqlamada deyilir : “DEPA “Botaş”la olan sazişə uyğun olaraq öhdəliklərini tam və layiqli şəkildə yerinə yetirib. DEPA dəyişiklik edilmiş saziş qiymətlərini ödəməyə hazır olduğunu təsdiq etmiş və sazişin qüvvədə olduğu müddətə əsasən ödəmələri dərhal həyata keçirib. DEPA bunu özünün maliyyə hesabatında da əks etdirib. Buna görə tərəflər arasında münaqişə ola bilməz. Lakin indi “Botaş” heç bir əsas olmadan qiymətlərə əlavə baxış elan edib. DEPA öz mövqeyində dayanır və “Botaş”la sıx və məhsuldar əlaqələri davam etdirmək əzmini bir daha ifadə edir”.

Xatırladaq ki, DEPA Yunanıstanın aparıcı qaz paylayıcı şirkətidir və yunan hökuməti DEPA-nı özəlləşdirməyə çıxarmaq niyyətindədir.

Bir qədər öncə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yunan şirkətinin səhmlərinin bir hissəsini satın almaq niyyətində olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR