Bank Of Baku

Quba rayonunun daha iki ucqar kəndinə qaz verilib

Quba rayonunun daha iki ucqar kəndinə qaz verilib
# 19 sentyabr 2011 13:59 (UTC +04:00)
Quba. Zaur Quliyev - APA. Bu gün Quba rayonunun daha iki ucqar kəndi ilk dəfə olaraq mavi yanacaqla təmin olunub.

APA-nın şimal bürosunun məlumatına görə, rayonun Dağlı və Qələdüz kəndlərinə təbii qaz verilib və bu münasibətlə təntənəli mərasim keçirilib.

Tədbirdə ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyinin və Quba rayon İcra Hakimiyyətinin rəhbərliyinə daxil olan şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, hər iki kəndə qaz çəkilişi zamanı 20 km-lik polietilen kəmərlərdən istifadə olunub, 612 evə sayğac quraşdırılıb.

Mərasimdə həmçinin qeyd olunub ki, bu ilin sonunadək Qubanın daha 5 kəndinə ilk dəfə olaraq təbii qaz veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR