Bank Of Baku

Azərbaycanda külək enerji qurğuları dəniz sahilində və dənizdə yerləşdiriləcək

Azərbaycanda külək enerji qurğuları dəniz sahilində və dənizdə yerləşdiriləcək
# 19 sentyabr 2011 15:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan alternativ enerji mənbələrinin inkişafı üzrə siyasətini müəyyənləşdirəndə Qobustan poliqonunda alınan nəticələrə və araşdırmalara əsaslanacaq. Bu barədə “APA-Economics”ə Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov bildirib.

Onun sözlərinə görə, Qobustan poliqonunda Azərbaycanda alternativ enerji istehsalının qurulması imkanları, onun neçəyə başa gəlməsi, effektivliyi, enerji itkiləri məsələlərinin həlli, istehlakçılarla münasibət, yeni texnologiyaların Azərbaycana tətbiqi və s. məsələlər araşdırılacaq: «Qobustandakı poliqonda aparılan işlər, araşdırmalar nəticəsində qarşıdakı 1 il ərzində Azərbaycanda alternativ enerji mənbələri onun qiyməti və subsidiya sistemləri barədə bütün lazımi məlumatlar olacaq. Bundan sonra bu sahədə aparılacaq siyasət müəyyənləşdiriləcək».

A.Bədəlovun sözlərinə görə, effektivliyin maksimum olması üçün əvvəlcə hansı bölgələrdə alternativ enerjinin hansı növlərindən daha səmərəli istifadə olunması müəyyənləşdiriləcək: «Əsas məqsəd odur ki, bütün bölgələr üzrə enerji yataqları müəyyən edilsin. Bura külək, günəş, bioqaz, kiçik çaylar və tullantılar və s. mənbələr aiddir».

Artıq alternativ enerji qurğularının yerləşdirilməsində istifadə olunacaq bəzi prinsiplər dəqiqləşib. A.Bədəlovun sözlərinə görə, şəhərsalmaya, sənaye və kənd təsərrüfatı üçün yararlı sahələrdə belə qurğular qoymaq mümkün deyil: “Buna görə də külək və günəş enerji qurğuları əsasən dəniz sahilində və dənizin özündə yerləşdiriləcək. Kiçik dağ çaylarının və tullantıların potensialından da istifadə etmək nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR