Bank Of Baku

ARDNŞ prezidenti Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan neftçilərlə görüşüb

ARDNŞ prezidenti Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan neftçilərlə görüşüb
# 20 sentyabr 2011 08:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Neftçilər günü münasibətilə Mərkəzi Neftçilər Xəstəxanasında olub.

APA-Economics”in xəbərinə görə, R.Abdullayev xəstəxananın otolarinkologiya (qulaq, burun, boğaz və baş-boyun cərrahiyyəsi) şöbəsində müalicə alan neftçilərlə görüşüb, onlara bayram hədiyyələri təqdim edib.

Daha sonra tədbir Lökbatanda davam etdirilib. R.Abdullayev ARDNŞ-ın Sosial İnkişaf İdarəsinin Qaradağ təlim-idman mərkəzində ikimərtəbəli mehmanxananın açılışında iştirak edib. Bildirilib ki, mehmanxana ARDNŞ-ın vəsaiti hesabına 2003-cü ildə tikilib, binanın əsaslı təmirinə isə 2010-cu ildə başlanılıb. Mehmanxananın 14 nömrəsi 2 otaqlı, 14 nömrəsi isə 3 otaqlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR