Bank Of Baku

Bu il ərzində “Şahdəniz-2” layihəsinin işlənməsinə başlanacaq

Bu il ərzində “Şahdəniz-2” layihəsinin işlənməsinə başlanacaq
# 20 sentyabr 2011 09:35 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu layihə Türkiyə və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək: “Bu il “Şahdəniz-1” layihəsinin 15 ili tamam olur. Ötən müddət ərzində Azərbaycanın neft strategiyası özünü doğruldub və doğrultmaqdadır”.

Xatırladaq ki, «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində ölkədə illik qaz hasilatının 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR