Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti ilə Almaniyanın «RWE» şirkəti arasında qaz sazişi ilin sonunadək imzalana bilər

Azərbaycan Dövlət Neft Şirkəti ilə Almaniyanın «RWE» şirkəti arasında qaz sazişi ilin sonunadək imzalana bilər
# 20 sentyabr 2011 10:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Naxçıvan» perspektiv qaz strukturunun işlənməsi ilə bağlı Almaniyanın «RWE» şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında yekun sazişin 2011-ci ilin sonunadək imzalanması gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın Sərmayələr İdarəsinin müdiri Vaqif Əliyev bildirib.

V.Əliyevin sözlərinə görə, müqavilənin hazırlanması istiqamətində işlər aparılır: «Yəqin ki, yaxın vaxtlarda müqavilənin hazırlanması işləri tamamlanacaq».

V.Əliyev bildirib ki, böyük ehtimalla bu il ərzində Almaniya şirkəti ilə müqavilə imzalana bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR