Bank Of Baku

Azərbaycan prezidenti Sabit Orucovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Sabit Orucovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
# 20 sentyabr 2011 16:07 (UTC +04:00)
Bakı – APA-Economics. Prezident İlham Əliyev Azərbaycanda neft və qaz sənayesinin inkişafında mühüm xidmətləri olmuş Sabit Orucovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. “APA-Economics”-in məlumatına görə, Sənaye və Energetika Nazirliyinə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birlikdə yubileyə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Sərəncamdan irəli gələn məsələləri isə Nazirlər Kabineti həll edəcək.

Qeyd edək ki, 2012-ci ilin may ayında neft və qaz sənayesi sahəsində tanınmış alim və dövlət xadimi, sabiq SSRİ qaz sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Sabit Atababa oğlu Orucovun anadan olmasının 100 illiyi tamam olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR