Bank Of Baku

Azərbaycan TGI layihəsində iştirak payı almaq niyyətindədir

Azərbaycan TGI layihəsində iştirak payı almaq niyyətindədir
# 21 sentyabr 2011 07:25 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda Yunanıstanda özəlləşdirməyə hazırlıq işləri aparılır və hələ prosesə start verilməyib: «Bu məsələ hazırdı yalnıx maraq səviyyəsindədir».

Bununla yanaşı R.Abdullayev xatırladıb ki, DEPA şirkəti TGI (Türkiyə-Yunanıstan-İtaliya) qaz boru kəmərinin əsas səhmdarlarından biridir. ARDNŞ Yunanıstan şirkətinin özəlləşdirilməsində uğurla iştirak etməsi isə son nəticədə Azərbaycana TGI layihəsində iştirak payı almasına səbəb ola bilər. «Bu səbəbdən biz DEPA-nın özəlləşdirilməsinə ciddi maraq göstəririk», - deyə R.Abdullayev vurğulayıb.

Xatırladaq ki, artıq Azərbaycan özəlləşdirmədə iştirak edən potensial qrupla danışıqlar aparır. Lakin Yunanıstanda davam edən iqtisadi tənəzzül Azərbaycanı cari prosesləri və perspektivləri daha dərindən öyrənməyə vadar edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR