Bank Of Baku

Bakı və Kiyev Ukraynaya maye qazın nəqlini nəzərdə tutan sazişi paraflayıb

Bakı və Kiyev Ukraynaya maye qazın nəqlini nəzərdə tutan sazişi paraflayıb
# 21 sentyabr 2011 07:28 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Ukrayna İnvestisiyaların və Mili Layihələrin İdarə Edilməsi üzrə Dövlət Agentliyinin direktoru Vladislav Kaskiv açıqlama verib.

Onun sözlərinə görə, saziş 2014-cü ildən Ukraynaya 2 mlrd. kubmetrə qədər, 2015-ci ildən isə 5 mlrd. kubmetrə qədər maye qazın nəqlini nəzərdə tutur: “Bunu təmin etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti və Ukrayna İnvestisiyaların və Mili Layihələrin İdarə Edilməsi üzrə Dövlət Agentliyi noyabrın 1-nə qədər birgə müəssisə yaratmaq haqqında razılığa gəlib. Birgə müəssisə maye qazın Ukraynanın Qara dəniz sahilinə nəqlinin texniki-iqtisadi əsaslandırmasını işləyib hazırlayacaq”.

V.Kaskiv qeyd edib ki, Azərbaycanla əldə olunan razılaşma Ukraynanın “LNG-terminal” milli layihəsinin reallaşmasını sürətləndirəcək: “Bildiyiniz kimi, “LNG-terminal” maye qazın qəbulu üzrə dəniz terminalı olacaq. Bu da onu göstərir ki, prezident Viktor Yanukoviçin Ukraynaya enerji daşıyıcılarının nəqlinin diversifikasiyası strategiyası artıq bu ildən konkret xarakter alıb”.

Qeyd edək ki, bir neçə müddətdir Rusiya və Ukrayna arasındakı qaz mübahisəsi yaranıb. Buna səbəb Kiyevin Moskvadan aldığı qazın həcmini 1/3 həcmdə - 40 mlrd. kubmetrdən 27 mlrd. kubmetrə qədər azaltmaq niyyətidir. “Qazprom” şirkəti isə hesab edir ki, hazırda qüvvədə olan müqavilələr Ukraynanın üzərinə aldığı qazın həcmindən asılı olmayaraq, ildə ən azı 33 mlrd. kubmetr qazın dəyərini ödəmək öhdəliyi qoyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR