Bank Of Baku

Bakıda «Dünya qaz infrastrukturu» beynəlxalq konfransı keçirilir - FOTOSESSİYA

Bakıda «Dünya qaz infrastrukturu» beynəlxalq konfransı keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 21 sentyabr 2011 07:51 (UTC +04:00)
«APA-Economics»in xəbər verdiyi kimi, konfransda çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ölkənin qaz sənayesinin tarixindən, ölkənin regionda enerji təhlükəsizliyinin təmin edilməsində rolundan və qaz sahəsində cari vəziyyətdən danışıb.

R.Abdullayev bildirib ki, 2006-ci ildə «Şahdəniz» qaz yatağından hasilata başlanılıb. Yatağın ehtiyatlarının həcmi 1,2 trln. kubmetr qaz və 240 mln. ton kondensat, gündəlik hasilatın həcmi isə 23 mln. kubmetr qaz və 5 min ton kondensat təşkil edir. Şirkət rəhbəri qeyd edib ki, yatağın işlənməsinin İkinci fazası çərçivəsində ilk qazın hasilatına 2017-ci ildə başlanacağı gözlənilir.

R.Abdullayev həmçinin məlumat verib ki, 2007-ci ildən başlayaraq Azərbaycan qaz idxalçısından ixracatçıya çevrilib. Ölkədə qaz hasilatı 2004-2010-cu illər ərzində 5,2 dəfə, yəni 5 mlrd. kubmetrdən 26 mlrd. kubmetrə qədər artıb.

Bundan başqa R.Abdullayev bildirib ki, Azərbaycanın ümumi təsdiqlənmiş qaz ehtiyatları 2,5 trln. kubmetr təşkil edir. Perspektiv strukturlardan danışan ARDNŞ prezidenti bəyan edib ki, «Ümid» strukturunun ehtiyatları 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat, «Abşeron» strukturunda müvafiq olaraq 350 mlrd. kubmetr və 45 mln. ton kondensat, «Babək» strukturunda 400 mlrd. kubmetr qaz və 80 mln. ton kondensat təşkil edir. R.Abdullayevin sözlərinə görə, yaxın zamanlarda «Naxçıvan» strukturunda Almaniyanın «RWE» şirkəti tərəfindən kəşfiyyat işlərinə başlanacaq. Eyni zamanda, «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun dərin hissəsindən qaz çıxarılması üzrə danışıqlar aparılır. Buradakı ehtiyatlar 300 mlrd. kubmetr həcmində qiymətləndirilir. Həmçinin, ARDNŞ başçısı «Zəfər-Məşəl» strukturundan iri həcmdə hasilatın gözlənildiyini bildirib.

R.Abdullayevin sözlərinə görə, 2017-2018-ci illərdə Azərbaycanda qaz hasilatının 30 mlrd. kubmetr, 2025-ci ildə isə 50 mlrd. kubmetr təşkil edəcəyi proqnozlaşdırılır. Avropaya qaz ixracı məsələlərinə toxunan R.Abdullayev bildirib ki, 2017-2018-ci illərdə Azərbaycan Avropaya 10 mlrd. kubmetr həcmində qaz ixrac edə biləcək. Hətta mövcud olan qaz infrastrukturu ilə Türkiyə üzərindən Avropaya ildə 2 mlrd. kubmetr qaz ixrac etmək mümkündür. ARDNŞ rəhbəri vurğulayıb ki, Avropanın qaza ehtiyacı böyükdür və idxala tələbat tədricən artacaq. Belə ki, hesablamalara görə, 2020-ci ildə Avropa istehlak edəcəyi qazın 75%-ni, 2030-cu ildə isə 85%-ni idxal etməli olacaq. R.Abdullayev bəyan edib ki, hazırda Azərbaycan qazın Avropaya ixracı ilə bağlı bir sıra layihələrə baxır, bunlar üzrə danışıqlar və müzakirələr aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR