Bank Of Baku

Rövnəq Abdullayev: «Azərbaycanın ildə 50 mln. tondan çox neft hasilatına ehtiyacı yoxdur»

Rövnəq Abdullayev: «Azərbaycanın ildə 50 mln. tondan çox neft hasilatına ehtiyacı yoxdur»
# 21 sentyabr 2011 08:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda istismarda olan platformaların işinin müvəqqəti dayanması və təmir işlərinin aparılması ilə əlaqədar 2011-ci ilə neft hasilatı bir qədər azalıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

«Gələn il isə neft hasilatı bu ildən daha çox olacaq. Amma onu deyə bilərəm ki, hazırda Azərbaycanın ildə 50 mln. tondan çox neft hasilatına ehtiyacı yoxdur», - deyə R.Abdullayev vurğulayıb.

ARDNŞ prezidenti əlavə edib ki, gələn il Azərbaycanda qaz hasilatının eyni səviyyədə, 26-27 mlrd. kubmetr həcmində qalacağı gözlənilir.

R.Abdullayev həmçinin bildirib ki, bu il yeraltı qaz anbarlarına 3,5 mlrd. kubmetr həcmində ehtiyatın toplanması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR