Bank Of Baku

ARDNŞ: Azərbaycan Avropaya təbii qazı güzəştli qiymətlərlə satmağa hazırdır

ARDNŞ: Azərbaycan Avropaya təbii qazı güzəştli qiymətlərlə satmağa hazırdır
# 21 sentyabr 2011 09:33 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov bildirib.

E.Nəsirov qeyd edib ki, Azərbaycan hazırda Türkiyə üzərindən Yunanıstana 750 mln. kubmetr qaz ixrac edir: «Biz Türkiyəyə bildirmişik ki, qazın Yunanıstana göndərilməsi prosesində «Botaş» şirkətini əvəz etməyə hazırıq. Bu, hər üç tərəfin marağındadır. Yunanıstan qazın birbaşa olaraq Azərbaycandan alınmasında, Türkiyə isə qazı Azərbaycandan aldığı qiymətlə Yunanıstana göndərmək öhdəliyindən azad olmaqda maraqlıdır. Azərbaycan isə öz növbəsində qazı hətta Türkiyəyə satdığı qiymətlə Avropa İttifaqı ölkələrinə birbaşa ixrac etmək marağındadır».

ARDNŞ rəsmisi vurğulayıb ki, hazırda lazımi infrastrukturun və mövcud bazarlarda tələbatın olmaması səbəbindən Azərbaycan Türkiyə, Rusiya, Gürcüstan və İrandan başqa qazı digər istiqamətlərdə ixrac edə bilmir. «Türkiyə əlavə qaz həcmləri almır, Rusiya – kontraktda nəzərdə tutulan həcmdə alır, Gürcüstan bazarının imkanları məhduddur, İran ilə isə əməkdaşlıq svop kontraktlar əsasında aparılır», - deyə şirkətin vitse-prezidenti qeyd edib.

E.Nəsirov əlavə edib ki, yeni satış bazarları yaranan kimi, Azərbaycan da əlavə qaz ixracını təmin etməyə hazır olacaq: «Əgər bizim Türkiyədən sonra nəqletmə imkanlarımız yaranarsa, Azərbaycan qaz ixracının artırılması ilə bağlı məsələləri həll edəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR