Bank Of Baku

ARDNŞ: DEPA və «Botaş» şirkətləri arasında mübahisə Azərbaycanın qaz ixracının genişləndirilməsi planlarına mənfi təsir göstərir

ARDNŞ: DEPA və «Botaş» şirkətləri arasında mübahisə Azərbaycanın qaz ixracının genişləndirilməsi planlarına mənfi təsir göstərir
# 21 sentyabr 2011 09:51 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov bildirib.

Xatırladaq ki, bu yaxınlarda «Botaş» şirkəti (Türkiyə) Yunanıstanın Azərbaycandan Türkiyə üzərindən nəql olunan təbii qazın tranzitinə görə vəsaiti tam ödəmədiyinə görə İsveçrə Arbitraj Məhkəməsinə müraciət edib. Bu borcun (təxminən 300 mln. dollar) ixrac olunan qazın qiymətinin artması nəticəsində yarandığı bildirilir, Yunanıstan tərəfi (DEPA şirkəti) isə borcu ödəməkdən imtina edir.

«Bu vəziyyət təəssüf hissi yaradır. Çünki DEPA və «Botaş» şirkətləri arasında kommersiya məsələlərinin həll olunmaması sonda Yunanıstana qaz ixracı ilə bağlı hüquq və öhdəliklərin Türkiyədən Azərbaycan tərəfinə ötürülməsi ilə bağlı ARDNŞ və «Botaş» arasında aparılan danışıqları ləngidir», - deyə E.Nəsirov vurğulayıb.

Qeyd edək ki, bu günlərdə DEPA «Botaş» şirkəti ilə münasibətlərinə dair açıqlama yayıb. Yunanıstanın Azərbaycandakı səfirliyindən «APA-Economics»ə verilən məlumata görə, DEPA açıqlamasında «Botaş»a heç bir borcu olmadığını bəyan edib: «DEPA «Botaş»la olan sazişə uyğun olaraq öhdəliklərini tam və layiqli şəkildə yerinə yetirib. DEPA dəyişiklik edilmiş saziş qiymətlərini ödəməyə hazır olduğunu təsdiq edib və sazişin qüvvədə olduğu müddətə əsasən ödəmələri dərhal həyata keçirib. DEPA bunu özünün maliyyə hesabatında da əks etdirib. Buna görə tərəflər arasında münaqişə ola bilməz. Lakin indi «Botaş» heç bir əsas olmadan qiymətlərə əlavə baxış elan edib. DEPA öz mövqeyində dayanır və «Botaş»la sıx və məhsuldar əlaqələri davam etdirmək əzmini bir daha ifadə edir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR