Bank Of Baku

Rolan Kobia: «Rusiya və İranın Transxəzər qaz kəməri layihəsinin ekoloji məsələləri ilə bağlı narahatçılığına əsas yoxdur»

Rolan Kobia: «Rusiya və İranın Transxəzər qaz kəməri layihəsinin ekoloji məsələləri ilə bağlı narahatçılığına əsas yoxdur»
# 21 sentyabr 2011 10:12 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin rəhbəri Rolan Kobia bildirib.

R.Kobianın sözlərinə görə, Rusiya və İran tərəfinin layihənin ekoloji tərəfləri ilə bağlı narahatçılığına heç bir əsas yoxdur: «Hazırda müxtəlif dənizlərin dibi ilə minlərlə kilometr kəmərlər çəkilib – «Şimal axını», «Mavi axın», «Cənub axını» layihələri həyata keçirilir».

«Bu məsələyə aydınlığı yalnız Azərbaycan, Türkmənistan və Avropa Komissiyası gətirə bilər. Kəmərin tikintisinə başlanarsa, bütün ekoloji normalara riayət olunacaq. Biz layihə ilə bağlı danışıqlara başlamağa hazırıq», - deyə Avropa İttifaqının Bakı ofisinin başçısı vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR