Bank Of Baku

Azərbaycan gələn ildən Çexiyaya neft ixracına başlayır

Azərbaycan gələn ildən Çexiyaya neft ixracına başlayır
# 21 sentyabr 2011 10:24 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov bildirib.

Onun sözlərinə görə, ARDNŞ və Ukrayna İnvestisiyaların və Mili Layihələrin İdarə Edilməsi üzrə Dövlət Agentliyinin yaradacağı birgə müəssisə qazın Azərbaycanda maye formasına salınmasının texniki-iqtisadi əsaslandırmasını işləyib hazırlayacaq: “Bunun üçün Azərbaycandan Gürcüstana boru kəməri çəkiləcək, qaz maye halına salındıqdan sonra Ukraynaya nəql olunacaq. Bakıdan Ukraynaya qədər olan marşrut birgə müəssisənin kompetensiyasına daxil olacaq. Birgə müəssisə yaxın bir-iki ay ərzində yaradılacaq”.

E.Nəsirov qeyd edib ki, ARDNŞ təbii qazın maye formasına salınması üçün terminalın tikintisi ilə məşğul olmayacaq: “Nəzərə almaq lazımdır ki, Ukraynaya qaz nəqlinin diversifikasiyası lazımdır. Ukrayna hansı ölkədən qaz almasından asılı olmayaraq, təbii qazın maye formasına salınması üçün terminal tikir”.

ARDNŞ rəsmisi Azərbaycan neftinin emal olunaraq Ukraynaya nəqlini, eləcə də Çexiyaya ildə 2 mln. ton neft göndərilməsini dəstəklədiklərini söyləyib: “Ukrayna, Çexiya, Slovakiya və Polşaya neftin nəqli siyasi razılaşmalardan asılı deyil. Hazırda bu istiqamətdə son detalları müzakirə edirik. Gələn ildən Çexiyaya neftin nəqlinə başlayacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR