Bank Of Baku

Azərbaycan prezidenti “Şimal” elektrik stansiyasında ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib

Azərbaycan prezidenti “Şimal” elektrik stansiyasında ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib
# 21 sentyabr 2011 10:46 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, prezident İ. Əliyevə məlumat verilib ki, ikinci buxar-qaz enerji qurğusu qanunla təsdiq edilmiş Kredit Sazişi əsasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) dövlət zəmanətli krediti hesabına inşa ediləcək.

Dövlət başçısı layihənin baş planı, buxar-qaz qurğusunun sxemi və soyutma suyunun qəbuledici sisteminin stendinə baxıb. Məlumat verilib ki, “Şimal” elektrik stansiyasının sahəsi 68, ikinci buxar-qaz enerji qurğusunun tikiləcəyi ərazi isə 12 hektardır.

Qeyd edilib ki, tikinti işlərinə ötən il dekabrın 10-da baş podratçılar Yaponiyanın “Toyo Engineering Corporation” və Azərbaycanın “Azenco” Açıq Səhmdar Cəmiyyəti konsorsiumu ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış müqavilə əsasında başlanıb. Tikinti işləri 2013-cü ilin sonunda başa çatdırılacaq.

Sonra Azərbaycan prezidenti metal gilizi bünövrəyə buraxıb və beton qarışığı tökən qurğunu işə salıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR