Bank Of Baku

“Şahdəniz” konsorsiumu bu ilin sonunadək qazın Avropaya nəqli marşrutunu müəyyənləşdirəcək

“Şahdəniz” konsorsiumu bu ilin sonunadək qazın Avropaya nəqli marşrutunu müəyyənləşdirəcək
# 21 sentyabr 2011 11:01 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə “BP-Azerbaijan” şirkətinin maliyyə direktoru Riçard Taus Bakıda keçirilən “Dünya qaz infrastrukturu 2011” konfransında çıxışında bildirib.

Onun sözlərinə görə, oktyabr ayının 1-nə qədər boru kəməri layihələri tariflər və nəqletmə şərtləri ilə bağlı təkliflərini təqdim etməlidir: “Biz öz seçimimizi ilin sonunadək edəcəyik”.

R.Taus qeyd edib ki, hazırda bir neçə nəqletmə variantı, o cümlədən “Nabucco”, ITGI və TAP layihələr nəzərdən keçirilir: “Marşrut seçimi əhəmiyyətli dərəcədə “Botaş” şirkəti ilə qazın tranzitinə dair razılaşmalardan asılı olacaq. Artıq Avropadan 14 potensial alıcı ilə danışıqlar aparılıb. Bundan başqa, konsorsium Bolqarıstan, Rumıniya, Macarıstan və Xorvatiyadan olan alıcılarla da danışıqlar aparıb”.

“BP-Azerbaijan” şirkətinin maliyyə direktoru deyib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv strukturunun işlənməsi layihəsinin ikinci fazası çərçivəsində qaz hasilatına 2017-ci ildə başlanacaq: “İki ildən sonra hasilatın həcmi maksimum həddə - 16 mlrd. kubmetrə çatacaq. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql olunacaq. Maksimum həddə qaz hasilatı 2027-ci ilə qədər davam edəcək, bu zaman “Şahdəniz” yatağından ildə 24 mlrd. kubmetr qaz çıxarılacaq. 2027-ci ildən sonra isə qaz hasilatında azalma gedəcək”.

R.Taus “Şahdəniz” layihəsinin ikinci fazasının reallaşmasına 20 mlrd. dollar vəsaitin tələb olunduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR