Bank Of Baku

Bu il TGI layihəsi üzrə maliyyə məsələlərinə dair qərarın qəbul olunacağı gözlənilir

Bu il TGI layihəsi üzrə maliyyə məsələlərinə dair qərarın qəbul olunacağı gözlənilir
# 21 sentyabr 2011 12:08 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan «Edison» şirkətinin Türkiyə üzrə ölkə nümayəndəsi Akın Özkan bildirib.

A.Özkanın sözlərinə görə, bu məsələ öz növbəsində Azərbaycanla Türkiyə arasında qaz tranziti ilə bağlı imzalanacaq sazişdən asılı olacaq.

Layihə barədə məlumat verən A.Özkan qeyd edib ki, hazırda Avropanın qaz təminatı ilə bağlı ehtiyacı var: «Lakin hazırda ehtiyacı bir o qədər iri həcmdə deyil. Tələbat uzunmüddətli perspektivdə artaracaq. TGI layihəsi isə artıq ortamüddətli perspektivdə hazır ola bilər».

Türkiyəli ekspertin fikrincə, TGI kəmərinin əsas mənbəyi Azərbaycanndır, 2020-ci ildən sonra isə layihəyə təchizatçı kimi İraq, Türkmənistan və İran da qoşula bilər: «Kəmər vasitəsi ilə ildə 17 mlrd. kubmetr qazın ixracı gözlənilir ki, bunun 12 mlrd. kubmetrinin Qərbi Avropa, 5 mlrd. kubmetrinin isə mövcud infrastruktur vasitəsilə Şərqi Avropaya çatdırılması nəzərdə tutulur».

A.Özkan əlavə edib ki, layihənin icrası nəticəsində Almaniya, Fransa və İtaliya kimi ölkələr qazla təmin olunacaq: «Ümumiyyətlə, layihə real tələbata əsaslanır. İtaliya və Yunanıstan hökumətləri bu layihənin icrasını dəstəkləyir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR