Bank Of Baku

Yanvar-avqust aylarında Azərbaycanda qızıl hasilatı 9% azalıb

Yanvar-avqust aylarında Azərbaycanda qızıl hasilatı 9% azalıb
# 21 sentyabr 2011 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 154 kq qızıl hasil edilib ki, bu da 2010-cu ilin eyni dövrünə nisbətən 9,1% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, hesabat dövründə ölkədə 919 kq gümüş hasil edilib ki, bu da ötən ilin yanvar-avqust aylarına nisbətən 34,9% çoxdur.

Cari il sentyabr ayının 1-nə Azərbaycanda qızılın hazır məhsul ehtiyatı 68 kq, gümüşün isə 57 kq olub.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 2 073 kq qiymətli metal filizləri və konsentratlar hasil olunub ki, 2010-cu ilin analoji dövrü ilə müqayisədə bu göstərici 6,3% artıb.

Xatırladaq ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. Qızılın 1 unsiyasının qiyməti hazırda dünya bazarlarında 1 815 ABŞ dollarına, gümüşün 1 unsiyası isə 40 dollara bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR