Bank Of Baku

“Kimyaçı” poliklinikasında növbəti sağlamlıq aksiyası keçirilib - FOTO

“Kimyaçı” poliklinikasında növbəti sağlamlıq aksiyası keçirilib - <font color=red>FOTO</font>
# 21 sentyabr 2011 15:58 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin «Kimyaçı» poliklinikasında növbəti tibbi aksiya keçirilib.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, birliyin işçiləri - Etilen-polietilen zavodunun uzun muddət burun-boğaz xəstəliyin¬dən əziyyət çəkən təmirçi-çilingəri Elnur İsmayıllı, Səthi aktiv maddələr zavodunun aparat¬çısı Qəribə İsgəndərova, gözlərində yaranmış «mirvari suyu» görmə qabiliyyətlə¬rini xeyli zəiflətmiş təqaüdçülər İsmayıl Adıgözəlov, Raya Rzayeva, İlmi Səlimova və digərləri Mərkəzi Neftçilər Xəstəxanasının təcrübəli cərrahlarının sayəsində onları nara¬hat edən xəstəliklər¬dən birdəfəlik xilas olublar.

Əməliyyat başlamazdan əvvəl «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev və Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Hə¬bib Yüzbaşıyev pasientlərlə və əməliyyatları aparacaq həkim və tibb personalı ilə görüşüb, aksiyaya hazırlığın vəziyyəti ilə maraqlanıb, ölkə rəhbərliyinin əhalinin sağ¬lam¬lı¬ğına göstərdiyi diqqət və qayğının təzahürü olan bu cür aksiyaların vaxtaşırı və tam təmənnasız olaraq keçiriləcəyini bildirib, həkimlərə uğurlar, xəstələrə şəfa, sağ¬lamlıq arzulayıblar.

Gün ərzində davam etmiş əməliyyatlar uğurla sona yetib, pasientlər lazımi tibbi xidmət göstərilərək müəyyən prosedurlar yerinə yetirildikdən və müvafiq məslə¬hət¬lər aldıqdan sonra yaxınlarının müşayiəti ilə evlərinə yola salınıblar.

Kimyaçılar üçün növbəti sağlamlıq aksiyasının gələn ayın əvvəllərində keçirilməsi nəzər¬də tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR