Bank Of Baku

Sumqayıtda Neftçilər gününə həsr olunmuş mini-futbol yarışı keçirilib - FOTO

Sumqayıtda Neftçilər gününə həsr olunmuş mini-futbol yarışı keçirilib - <font color=red>FOTO</font>
# 21 sentyabr 2011 16:10 (UTC +04:00)
Bakı - APA-Economics. 20 sentyabr - Azərbaycan Neftçiləri günü ərəfəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin təşkilatçılığı ilə mini-futbol üzrə yarış keçirilib.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, Mehdi Hüseynzadə adına stadionun minifutbol meydançasında start götürmüş yarışlar 3 gün davam edib.

Yarışda qalib adı uğrunda 10 komanda - “Azərikimya” İB aparatının, Etilen-polietilen, Səthi aktiv maddələr, “Üzvi sintez” zavodlarının və Təmir-tikinti idarəsinin, Sumqayıt şəhər “Veteran” Futbol Klubunun, “N” saylı hərbi hissənin, “Azərboru” ASC-nin, Sumqayıt Texnologiyalar Parkının (STP) və Sumqayıt şəhər Təhsil şöbəsinin komandaları mübarizə aparıblar. Yarış əsasnaməyə uyğun olaraq Olimpiya sistemi üzrə keçirilib, meydançada hər komandadan 6 nəfər mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda Sumqayıt şəhər “Veteran” Futbol Klubunun və Sumqayıt Texnologiyalar Parkının (STP) komandaları bütün oyunları qələbə əzmi ilə keçirərək finala vəsiqə qazanıblar. Finalda uzun illərin təcrübəsi və ustalıq özünü göstərib və “Veteran” Futbol Klubunun komandası STP futbolçularını 9:4 hesabı ilə məğlubiyyətə uğradaraq yarışın qalibi olub.

Yarışların yekununda I, II və III yerləri tutmuş komandalara və yarışları yüksək səviyyədə və ədalətlə idarə etmiş hakimə təntənəli şəkildə “Azərikimya” İB-nin və Birlik Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmanları və hədiyyələr təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR