Bank Of Baku

Azərbaycan istehlakçılara göndərdiyi neft məhsullarının həcmini azaldıb

Azərbaycan istehlakçılara göndərdiyi neft məhsullarının həcmini azaldıb
# 22 sentyabr 2011 09:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycan istehlakçılara (ixrac da daxil olmaqla) 4,1 mln. ton və ya ötən ilin eyni dövrünə nisbətən 2,4% az neft məhsulları göndərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlakçılara göndərilən neft məhsullarının 68,4%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 31,6%-i isə ixrac olunub: “Neft məhsullarının 37%-ni dizel yanacağı, 20,3%-ni avtomobil benzini, 10%-ni aviasiya üçün və sair ağ neft, 4%-ni neft bitumu, 3,9%-ni mazut yanacağı, 3,8%-ni maye qazlar, 1,5%-ni sürtkü yağları, 19,5%-ni isə digər məhsullar təşkil edib”.

Hesabat dövründə ölkə istehlakçılarına 2,8 mln. ton, yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7% çox neft məhsulları göndərilib: «Ötən ilin eyni dövrü ilə müqayisədə istehlakçılara mazut yanacağı istisna olmaqla digər neft məhsullarının göndərilməsi artıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR