Bank Of Baku

Azərbaycan neft hasilatını artırmaq niyyətindədir

Azərbaycan neft hasilatını artırmaq niyyətindədir
# 22 sentyabr 2011 10:13 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu bu gün Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) nümayəndələri ilə keçirilən görüşdə iştirak edən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, söhbət quruda aparılan işlərdən gedir: “Hazırda quruda neft hasilatını artırmaq mümkün deyil. Quruda neft hasilatı indi 3-cü çöküntülərdən aparılır. Lakin Azərbaycan perspektivdə mezozoy çöküntülərdən də neft hasilatı barədə düşünür. Hazırda ARDNŞ “Conoco Phillips” şirkəti ilə bu istiqamətdə birgə iş aparır. Yeni texnologiyalar mezozoy çöküntülərdən neft hasil edilməsinə imkan verəcək”.

X.Yusifzadə qeyd edib ki, hazırda Azərbaycanın əsas neft hasilatı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan aparılır. O, neft hasilatının azalmasını Meksika körfəzində baş vermiş neft axınından sonra AÇG-də aparılan texniki işlərlə əlaqələndirib: “O qəzadan sonra biz təhlükəsizliyi təmin etmək üçün müvəqqəti olaraq platformaları bağladıq və yoxlamalar apardıq”.

ARDNŞ rəsmisinin fikrincə, hazırkı vəziyyətdə neft hasilatının bu səviyyədə saxlanması Azərbaycan üçün kifayətdir: “Bu səviyyədə çox saxladıqca, neft hasilatının azalması gözlənilmir”.

Qeyd edək ki, hazırda AÇG-dən əsasən neft çıxarılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR