Bank Of Baku

Bakıda «Enerji balansının tərtib edilməsinin metodoloji əsasları: nəzəriyyə və praktika» mövzusunda seminar keçirilib

Bakıda «Enerji balansının tərtib edilməsinin metodoloji əsasları: nəzəriyyə və praktika» mövzusunda seminar keçirilib
# 22 sentyabr 2011 10:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycan Dövlət Statistika Komitəsində «Enerji balansının tərtib edilməsinin metodoloji əsasları: nəzəriyyə və praktika» mövzusunda seminar keçirilib. «APA-Economics»in məlumatına görə, seminarda iştirak edən dövlət qurumlarının əməkdaşlarına enerji balansı, onun tərtib edilməsi, məlumatların toplanması və digər məsələlər barədə ətraflı məlumat verilib.

«Rəsmi statistikada enerji statistikasının təşkili» mövzusunda məruzə ilə çıxış edən Komitənin sənaye, nəqliyyat və rabitə statistikası şöbəsinin müdiri Yusif Yusifov enerji balansının tərtibatı üzrə işin təşkili barədə geniş təqdimat edib. O cümlədən, məlumatların həm enerji istehsalçıları, həm də istehlakçılardan toplanması üsuluna və onun vacibliyinə diqqət yetirilib. Bundan başqa, Y.Yusifov Azərbaycanın enerji balansının 2007-ci ildən etibarən beynəlxalq standartlara keçirilməsi və balansın daimi təkmilləşdirilməsi üzrə aparılan işlər barədə məlumat verib.

Seminarda həmçinin «Enerji balansının tərtib olunmasının metodoloji əsasları: nəzəriyyə və praktika» mövzusunda təqdimatla Komitənin yanacaq-enerji və material balansları statistikası şöbəsi müdirinin müavini Rauf Qurbanov çıxış edib. R.Qurbanov öz çıxışında daha çox anlayışlar, balansın tərtibatının məqsədi, əsas prinsipləri, strukturu və digər nəzəri məsələlər barədə ətraflı məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR