Bank Of Baku

Azərbaycan gələn il neft hasilatını artıracaq

Azərbaycan gələn il neft hasilatını artıracaq
# 22 sentyabr 2011 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycanda qaz hasilatının 27 mlrd. kubmetrdən çox olacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Bu il ərzində ölkədəki neft hasilatına gəldikdə isə ARDNŞ rəsmisi qeyd edib ki, neft hasilatı 2011-ci ildə 46 mln. tondan aşağı olmayacaq: «Azalmanın əsas səbəblərindən biri platformaların texniki yoxlanılması üçün dayanması olub. Lakin buna baxmayaraq, neftin bu səviyyədə hasilatı normaldır və ölkənin bundan artığına ehtiyacı yoxdur. Əsas məqsədimiz neftin hasilatını gələn il 50 mln. ton civarında saxlamaqdır».

Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda qaz hasilatı 26 mlrd. kubmetr, neft hasilatı isə 50 mln. tondan çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR