Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti CEIBC üzvləri ilə görüşüb - FOTOSESSİYA

Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti CEIBC üzvləri ilə görüşüb - <font color=red>FOTOSESSİYA</font>
# 22 sentyabr 2011 11:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə görüşüb.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən X.Yusifzadə ölkənin neft və qaz hasilatı tarixindən danışıb və qeyd edib ki, əgər 1997-ci ildə Azərbaycanda cəmi 9 mln. ton neft və 5,5 mlrd. kubmetr qaz hasil olunurdusa, 2010-cu ildə bu göstəricilər müvafiq olaraq 50 mln. tona və 26 mlrd. kubmetrə çatdırılıb: «Ümumiyyətlə, indiyədək Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokundan 248 mln. ton neft hasil olunub ki, bunun da 120 mln. tonu mənfəət nefti olub».

Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağının işlənməsindən danışan ARDNŞ rəsmisi həmçinin bildirib ki, bu yatağın açılması Azərbaycanı qaz ixracatçısı ölkəsinə çevirib: «Bu yatağın qaz ehtiyatları 1,2 trln. kubmetr, kondensat isə 240-250 mln. ton həcmində qiymətləndirilir».

Bununla yanaşı, X.Yusifzadə yeni açılmış «Ümid» yatağından danışıb və qeyd edib ki, yatağın qaz ehtiyatları 200 mlrd. kubmetr, kondensat ehtiyatları isə 40 mln. ton təşkil edir: «Hazırda bu yataqda ikinci maili quyu qazılır».

Bundan başqa, X.Yusifzadə «Abşeron» yatağından və burada görülən işlər barədə, həmçinin «Asiman», «Məşəl», «Zəfər», «Naxçıvan» və s. perspektiv strukturlardan məlumat verib: «Bütün bu strukturlardan qazın çıxacağı gözlənilir. Belə ki, bunların dərinliyi təxminən 6-7 min metr təşkil edir – belə dərinlikdən əsasən qaz-kondensat çıxarılır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR