Bank Of Baku

Gürcüstan Ermənistana qaz nəqlini dayandırılıb

Gürcüstan Ermənistana qaz nəqlini dayandırılıb
# 22 sentyabr 2011 11:42 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün səhər saatlarından Gürcüstan ərazisi vasitəsilə Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, qaz nəqlinin dayandırılması haqqında “ApmRosqazprom” şirkəti də məlumatlandırılıb. Gürcüstan tərəfi Tiflis avtomobil yolunun yenidən qurulması ilə əlaqədar 1000 mm diametrində olan Saquramo-Qırmızı Körpü magistral qaz xəttinin birləşdirilməsində işlərin aparılmasını planlaşdırıb.

Eyni zamanda bildirilib ki, torpaq sürüşməsi nəticəsində sahələrdə qaz sızan yerlərin müəyyənləşdirilməsi və nasazlıqların aradan qaldırılması nəzərdə tutulur. Qaz nəqlinin dayandırılmasından sonra qaz təchizatçıları daxili ehtiyat resurslarından istifadə edəcəklər.

Görüləcək yenidənqurma və təmir işlərinin nə vaxt başa çatacağı barədə əlavə məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR