Bank Of Baku

Trayço Traykov: «Bolqarıstan Xəzər regionundan daxili tələbatından dəfələrlə çox həcmdə qaz almaq istəyir»

Trayço Traykov: «Bolqarıstan Xəzər regionundan daxili tələbatından dəfələrlə çox həcmdə qaz almaq istəyir»
# 22 sentyabr 2011 11:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bolqarıstan hökuməti Azərbaycanın ixrac edəcəyi sıxılmış qazın alınmasında maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Bolqarıstanın iqtisadiyyat, turizm və energetika naziri Trayço Traykov jurnalistlərə açıqlamasında bildirib.

T.Traykovun sözlərinə görə, Bolqarıstan «Cənub dəhlizi» layihəsinin ayrılmaz bir hissəsi kimi Azərbaycan və digər ölkələrlə danışıqları davam etdirir: «Bolqarıstan bir neçə layihədə, o cümlədən «Nabucco» layihəsində iştirak edir. Bu layihələrdə Bolqarıstan Azərbaycanın tərəfdaşlarından başqa, digər ölkələrlə də danışıqlar aparır. Bu baxımdan, Qara dəniz hövzəsindən sıxılmış qazın nəqli məsələsi bizim üçün çox maraqlıdır».

T.Traykov bildirib ki, Bolqarıstan kiçik qaz istehlakçısıdır: «Lakin buna baxmayaraq, Bolqarıstan regionda tranzit mərkəzi kimi çıxış edə bilər. Buna görə də bizim istədiyimiz qazın həcmi Bolqarıstanın daxili tələbatından dəfələrlə çoxdur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR