Bank Of Baku

Fransa, Yunanıstan, İtaliya və Almaniya İrandan Avropaya neft ixracını dayandırmamağı istəyir

Fransa, Yunanıstan, İtaliya və Almaniya İrandan Avropaya neft ixracını dayandırmamağı istəyir
# 06 fevral 2012 07:26 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Avropa Birliyinə (AB) üzv dörd ölkənin Tehrandakı səfiri İran parlamentinə müraciət edib. APA-nın məlumatına görə, bunu İran parlamentinin enerji komissiyasının sədr müavini Nasir Sudani bildirib.

Onun sözlərinə görə, müraciətdə AB-nin İrandan neft idxalına tətbiq etdiyi sanksiya qərarını nəzərdən keçirməsi üçün vaxt istənilib: “Mütəxəssislərimiz AB-yə üzv ölkələrə neft ixracının dayandırılması haqda qanun layihəsini hələlik müzakirə edir, millət vəkilləri də sənədi təsdiqləməyə hazır vəziyyətdədir. Ancaq Fransa, Yunanıstan, İtaliya və Almaniyanın İrandakı səfirləri ölkə parlamentinə müraciət ediblər. Onlar bizi hisslərimizə hakim olmağa və AB-yə neft ixracının dayandırılması haqda qanun layihəsini təsdiqləməməyə çağırıblar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR