Bank Of Baku

KfW: Azərbaycanda havaların sərt keçməsi AzİES-İmişli elektrik verilişi xəttinin tikintisini ləngidir

KfW: Azərbaycanda havaların sərt keçməsi AzİES-İmişli elektrik verilişi xəttinin tikintisini ləngidir
# 06 fevral 2012 10:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ölkədə hava şəraitinin sərt keçməsi «Azərbaycan» İstilik Elektrik Stansiyası (İES)-İmişli (AzİES-İmişli) elektrik verilişi xəttinin (EVX) tikintisinə təsir göstərəcək. Bu barədə «APA-Economics»ə Almaniya İnkişaf Bankının (KfW) Bakı nümayəndəliyinin mütəxəssisi Natiq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, elektrik verilişi xəttinin istismara verilməsi ya bu ilin ortalarına, ya da ilin sonuna planlaşdırılır: «Hər iki halda, yəni stansiya ilin ortalarında və ya ilin sonunda istismara verilsə, yaxşıdır. Artıq stansiya üçün lazım olan bütün avadanlıqlar alınıb və Azərbaycana gətirilib. Lakin havanın sərt keçməsi səbəbindən işlər bir qədər ləngiyir».

Qeyd edək ki, layihənin podratçısı Çinin «CNEC», subpodratçısı Azərbaycanın «İnterenerji» şirkətləridir, layihənin texniki məsləhətçisi rolunda isə «Decon Consult/Fichner» konsorsiumu çıxış edir.

Xatırladaq ki, layihə 195 km-lik EVX-nin çəkilməsini və gücü 300 kV olan yarımstansiyanın inşasını nəzərdə tutur. Bu işlərin həyata keçirilməsi üçün KfW Azərbaycan hökumətinə ilk 2 ili güzəştli olmaq şərti ilə 12 il müddətinə 30 mln. avro həcmində kredit ayırıb. KfW həmçinin Goranboyda yeni yarımstansiyanın tikintisini maliyyələşdirmək niyyətindədir.

Qeyd edək ki, Azərbaycan 1994-cü ildən KfW Bankı ilə əməkdaşlıq edir. Bankın Azərbaycandakı fəaliyyətinin strateji istiqamətlərinə enerji, su və digər növ infrastrukturun bərpası, maliyyə və bank sektorunun inkişafının dəstəklənməsi, özəl sektor, səhiyyə, ətraf mühit və digər sahələrdə layihələr daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR