Bank Of Baku

Ukrayna: Rusiyanın Avropaya qaz nəqlini artırmasına kömək edə bilərik

Ukrayna: Rusiyanın Avropaya qaz nəqlini artırmasına kömək edə bilərik
# 06 fevral 2012 10:17 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna Avropa ölkələrinin qazla təminatında yaranmış problemləri aradan qaldırmaq üçün Rusiya qazının götürülməsini azaldıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Ukraynanın baş naziri Nikolay Azarov bildirib.

Onun sözlərinə görə, Ukrayna qaz çatışmazlığını öz yeraltı anbarlarında yığılmış qazla kompensasiya edəcək: “Çünki yayda anbarlara kifayət qədər qaz vurmuşuq ki, qışda ondan səmərəli istifadə edək”.

Baş nazir qeyd edib ki, Rusiya Avropaya qaz nəqlini azaltdıqdan və “Qazprom” bunu rəsmi şəkildə etiraf etdikdən sonra rəsmi Kiyev Moskvaya öz köməyini təklif edib: “Gəlin müvafiq müqavilə də bağlayaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR