Bank Of Baku

Avropa Komissiyası: Bir sıra Avropa ölkələri Rusiya qazını adi həcmdə almağa başlayıb

Avropa Komissiyası: Bir sıra Avropa ölkələri Rusiya qazını adi həcmdə almağa başlayıb
# 06 fevral 2012 15:09 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Birliyinə üzv olan bir sıra ölkələr - Bolqarıstan, Slovakiya, Avstriya, Macarıstan, Polşa və Yunanıstan Rusiyadan qazı adi həcmdə alır. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Avropa Komissiyasının mətbuat katibi Marlene Xoltsner bildirib.

Onun sözlərinə görə, ötən həftənin istirahət günlərində Rusiya qazının Avropa ölkələrinə nəqli ilə bağlı vəziyyət yaxşılaşıb və hazırda kritik həddə deyil: “Həmçinin Rumıniya, Almaniya və İtaliyaya nəql olunan qazın həcmi də artır. Amma hələlik normal səviyyəyə çatmayıb”.

Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti avropalı istehlakçıların müqavilədə nəzərdə tutulduğundan əlavə sifarişlərini yerinə yetirmək iqtidarında olmadığını etiraf edib. Şirkətdən bildirilib ki, son bir neçə gün ərzində Avropa ölkələrinə qaz ixracının həcmi 10%-ə qədər azalıb, lakin sonradan müqavilələrdə nəzərdə tutulan həcmə qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR