Bank Of Baku

BP-nin xalis mənfəəti ötən il 25,7 mlrd. dollar təşkil edib

BP-nin xalis mənfəəti ötən il 25,7 mlrd. dollar təşkil edib
# 07 fevral 2012 10:58 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyanın neft nəhəngi BP şirkətinin xalis mənfəəti 2011-ci ildə 25,7 mlrd. dollar təşkil edib. “APA-Economics”in xəbərinə görə, şirkətin gəlirləri 25% artaraq 386,46 mlrd. dollara çatıb.

Bununla da BP Meksika körfəzində baş vermiş qəzanın nəticələrinin vurduğu zərəri arxada qoymuş olub. Bu qəza səbəbindən BP 201o-cu ili 3,72 mlrd. dollar zərərlə başa vurub.

Qeyd edək ki, 2010-cu il aprelin 20-də Meksika körfəzində, ABŞ-ın Luiziana ştatının sahillərindən 80 kilometr məsafədə yerləşən BP-nin “Deepwater Horizon” platformasında partlayış baş verib. Nəticədə 11 nəfər ölüb, 7 nəfərin ağır yaralanıb, aprelin 22-də isə platforma qəzaya uğrayıb. Suya axan neft regionda ekoloji fəlakət yaradaraq, ABŞ-ın Luiziana, Alabama, Florida, Texas və Missisipi ştatlarına ciddi zərər vurub.

BP “Royal Dutch/Shell”dən sonra dünyanın ikinci neft hasil edən şirkətidir. Mənzil-qərargahı Londonda yerləşən şirkətin işçilərinin sayı 80 minə yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR