Bank Of Baku

Avropada qaz və elektrik enerjisi kəskin bahalaşıb

Avropada qaz və elektrik enerjisi kəskin bahalaşıb
# 07 fevral 2012 11:31 (UTC +04:00)
APA-Economics”in “The Independent”ə istinadən xəbərinə görə, London birjasında qazın qiyməti son 6 ildə maksimuma çataraq, min kubmetrə görə 520 dollar təşkil edib.

Qazın bahalaşmasının əsas səbəbi isə Avropada davam edən anomal soyuqlar və qitənin ən böyük ixracatçısı olan “Qazprom” (Rusiya) şirkətinin nəql etdiyi qazın həcminin azalmasıdır.

Fransada isə elektrik enerjisinin spot qiymətləri fevralın 6-dan iki dəfə bahalaşaraq, 1 meqavatt/saata görə 140 avro təşkil edib. Buna səbəb ölkədə elektrik enerjisinə tələbatın artmasıdır. Tələbat yaxın vaxtlarda tarixi maksimuma - 98 qiqavatta çata bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR