Bank Of Baku

ARDNŞ «Neft Daşları»nda yeni platforma quraşdıracaq

ARDNŞ «Neft Daşları»nda yeni platforma quraşdıracaq
# 07 fevral 2012 14:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Neft Daşları» yatağında yeni platforma quraşdırmağa hazırlaşır. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, «Neft Daşları» yatağında daha bir stasionar dəniz özülünün inşası üçün ARDNŞ-in «Azneft» İstehsalat Birliyinin sifarişi əsasında «Neftqazelmitədqiqatlayihə» İnstitutu tərəfindən layihələndirmə işlərinə start verilib. Belə ki, 14 quyunun qazılması üçün inşa ediləcək 602a nömrəli özül dənizin 18 metr dərinliyində quraşdırılacaq. Özül 36 nəfərlik yaşayış bloku, vertolyot meydançası, 12 tonluq qaldırıcı qurğu və digər zəruri avadanlıqlarla təchiz olunacaq. Layihələndirmə işlərinin 2012-ci ilin sonuna kimi başa çatdırılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR