Bank Of Baku

Azərbaycandan Türkiyəyə qaz nəqli bu gün bərpa olunacaq

Azərbaycandan Türkiyəyə qaz nəqli bu gün bərpa olunacaq
# 08 fevral 2012 10:02 (UTC +04:00)
Yataqda istismar olunan platformada aparılan profilaktik işlər fevralın 7-də başa çatıb və hazırda yataqda hasilata başlanması üçün hazırlıq gedir. Bu barədə «APA-Economics»ə «Şahdəniz» layihəsinin operatoru olan «BP-Azerbaijan» şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

«Platformada aparılan planlaşdırılmış profilaktika işləri hələ dünən axşam başa çatdırılıb və hazırda quyuların açılması üçün hazırlıq prosesi gedir», - deyə T.Bayatlı vurğulayıb.

Onun sözlərinə görə, yaxın saatlarda yataqda hasilatın başlanması və Türkiyəyə qaz nəqlinin bərpa olunması gözlənilir.

Qeyd edək ki, platformanın gündəlik hasilat gücü 25 milyon kubmetr təbii qaz təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR