Bank Of Baku

KfW bankı Azərbaycanın enerji sektorunda yeni layihə həyata keçirəcək

KfW bankı Azərbaycanın enerji sektorunda yeni layihə həyata keçirəcək
# 08 fevral 2012 13:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniya İnkişaf Bankı (KfW) Azərbaycanda bərpa olunan enerji sahəsində yeni layihə həyata keçirəcək. Bu barədə «APA-Economics»ə Almaniya İnkişaf Bankının (KfW) Bakı nümayəndəliyinin mütəxəssisi Natiq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, «Külək Elektrik Stansiyası» adlanan layihə KfW və Azərbaycan Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçiriləcək: «Artıq layihənin texniki iqtisadi əsaslandırmasını hazırlayacaq məsləhətçi şirkətin seçilməsinə dair tender elan olunub. Layihə ölkədə iri külək elektrik stansiyasının tikintisini nəzərdə tutur. Bununla yanaşı, günəş panellərinin quraşdırılması da həyata keçirilə bilər. Lakin layihə çərçivəsində dəqiq hansı işlərin həyata keçirilməsi texniki iqtisadi əsaslandırmanın hazır olmasından sonra bilinəcək».

Xatırladaq ki, Azərbaycan 1994-cü ildən KfW Bankı ilə əməkdaşlıq edir. Bankın Azərbaycandakı fəaliyyətinin strateji istiqamətlərinə enerji, su və digər növ infrastrukturunun bərpası, maliyyə və bank sektorunun inkişafının dəstəklənməsi, özəl sektor, səhiyyə, ətraf mühit və sair layihələr daxildir. Hazırda KfW «Azərbaycan» İstilik Elektrik Stansiyası (İES)-İmişli (AzİES-İmişli) elektrik verilişi xəttinin (EVX) tikintisi, «Kadastr və daşınmaz əmlakın reyestri» layihəsini və s. icra edir. Bankın Azərbaycan üzrə kredit portfeli 412 mln. avro təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR