Bank Of Baku

Kəskin hava şəraiti Bakı Neft Emalı Zavodunun işinə təsir etməyib

Kəskin hava şəraiti Bakı Neft Emalı Zavodunun işinə təsir etməyib
# 08 fevral 2012 14:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Hava şəraitinin kəskin dəyişməsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətinə təsirsiz ötüşüb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, vaxtında görülən tədbirlər nəticəsində ölkəni neft məhsulları ilə fasiləsiz olaraq təchiz edən müəssisənin texnoloji qurğuları normal rejimdə istismar olunur.

Vəziyyətə operativ nəzarətin gücləndirilməsi, istilik və elektriklə normal təminat, istehsalat və sexlərdə sutka ərzində növbəlilik cədvəlinin tətbiq olunması və qabaqcadan görülən digər tədbirlər nəticəsində zavodun işi adi ahənglə davam etdirilir. «Müəssisənin yolları qardan, buzdan təmizlənmiş, işçilərin rahat və təhlükəsiz hərəkət etməsi üçün cığırlar açılıb, işçilərin avtobuslarla evdən işə, işdən evə çatdırılması təmin olunub».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR