Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Sürixdə təqdimat keçirib

Azərbaycan Dövlət Neft Şirkəti Sürixdə təqdimat keçirib
# 09 fevral 2012 13:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti İsveçrədə aldığı «Esso Schweiz GmbH.» şirkətinin («Exxon Mobil Central Europe Holding GmbH.»nin filialı) menecerləri üçün Sürix şəhərində təqdimat keçirib. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən ARDNŞ-in sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın tarixi-mədəni irsi və müasir dünyadakı geosiyasi mövqeyi barədə danışıb və tədbir iştirakçılarına Azərbaycanın neft tarixi, ARDNŞ-in yaradılması, fəaliyyət sahələri barədə ətraflı məlumat verib.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə «Exxon Mobil Central Europe Holding GmbH.» şirkəti arasında «Exxon Mobil»in İsveçrə filialı olan «Esso Schweiz GmbH.»nin səhmlərinin alqı-satqısı üzrə müqavilə 2011-ci ilin noyabrında imzalanıb. İmzalanan sazişə əsasən, «Esso Switzerland»ın alınması ilə həmin şirkətə məxsus 170-dən artıq yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi, şirkətin sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu (bu qurum bütün İsveçrə ərazisində kommunal-məişət təyinatlı yanacaq həcmləri və balon qazının müstəqil distribyutorlara satışını həyata keçirir), Vangen-Oltendəki Qazdoldurma Zavodu, eyni zamanda İsveçrənin Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri, eləcə də terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkətinin səhmləri ARDNŞ-in sərəncamına keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR