Bank Of Baku

Bakı-Ceyhan kəmərilə Azərbaycan neftinin nəqli azalıb

Bakı-Ceyhan kəmərilə Azərbaycan neftinin nəqli azalıb
# 09 fevral 2012 14:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 777 776 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə BTC ilə nəql olunmuş Azərbaycan neftinin həcmi 3,4% azalıb.

«Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il fevral ayının 1-dək BTC-yə 178 558 408 ton neft vurulub», - deyə ARDNŞ-dan bildirilib.

Bundan başqa, cari ilin yanvar ayında BTC kəməri ilə 318 158 ton Türkmənistan nefti nəql olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR