Bank Of Baku

Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi yanvarda sabit qalıb

Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi yanvarda sabit qalıb
# 09 fevral 2012 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində 2 455 988 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, sözügedən həcmin 1 900 463 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Ötən ilin yanvar ayına nisbətən Ceyhan limanından dünya bazarlarına çıxarılmış Azərbaycan neftinin həcmi dəyişməz qalıb.

«Ümumiyyətlə, BTC kəməri istismara verilən gündən 2012-ci il fevral ayının 1-dək Ceyhan limanından 176 474 016 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb», - deyə ARDNŞ-dan bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR