Bank Of Baku

“Petkim” konteyner limanının gücü İzmir limanından çox olacaq

“Petkim” konteyner limanının gücü İzmir limanından çox olacaq
# 13 fevral 2012 14:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədəki ən böyük aktivi olan “Petkim” neft-kimya holdinqinə daxil olacaq Petkim konteyner limanının gücü İzmirin Alsancaq Limanının bugünkü gücündən təxminən 50% artıq olacaq.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, limanın bir bölümünün konteyner limanına çevrilməsi təmin ediləcək. İllik gücü 1,5 mln. TEU tutumuna malik konteyner limanının logistik dəstək sahəsi ümumən 53 hektarlıq bir ərazini təşkil edəcək.

Limanın gücünün bazardakı tələbatdan asılı olaraq 3 milyon TEU-ya qədər artırılması planlaşdırılır. “APM Terminals” şirkəti 28 il müddətində limanı işlətmə hüququna malik olacaq, 2014-cü ilə qədər terminala 350-400 mln. dollar sərmayə yatırılacaq. Sazişin imzalanma mərasimində bildirilib ki, konteyner terminalı 10 min TEU tutumlu konteyner gəmilərinin yanaşa biləcəyi 700 metr uzunluğunda və 16 metr su dərinliyində sahil xəttinə malikdir. Limanın sahil xəttinin ilk 350 metrinin inşası 1-ci Faza çərçivəsində 2013-cü ildə başa çatdırılacaq. Qalan 350 metrlik sahil xəttinin inşasının isə 2-ci Faza çərçivəsində 2014-cü ildə başa çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR