Bank Of Baku

“Padar” sahəsində 3D seysmik işlərə başlanılıb

“Padar” sahəsində 3D seysmik işlərə başlanılıb
# 13 fevral 2012 15:41 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Geofizika və Geologiya İdarəsinin Kəşfiyyat Geofizika İdarəsi və Qazaxıstanın “Azimut Energy Servises AO” şirkəti tərəfindən “Kura Valley Operating Company” şirkətinin sifarişi ilə “Padar” sahəsinin 220 kvadrat kilometrlik ərazisində 3D seysmik işlərə start verilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, hazırda işlərin 25%-i yerinə yetirilib. Sahənin məhsuldar qatının geoloji kəsilişinin öyrənilməsi məqsədilə aparılan seysmik işlərin cari ilin aprel ayında başa çatdırılması nəzərdə tutulur. İşlər başa çatdıqdan sonra ərazinin üçölçülü geoloji və geofiziki modelləri təyin ediləcək.

Qeyd edək ki, “Kura Valley Operating Company” şirkəti tərəfindən 2011-ci ilin avqust ayında “Padar” sahəsində 3D seysmik işlərin aparılması məqsədi ilə tender elan edilib və Kəşfiyyat Geofizika İdarəsi tenderin qalibi olub. Ötən ilin oktyabr ayında imzalanmış müqaviləyə əsasən isə dekabr ayında sahədə təcrübə-sınaq işləri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR